Medvedev: Finlandiya NATO ilə birlikdə Rusiyaya hücuma hazırlaşır

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiyanın NATO üzvlüyünü Rusiyaya qarşı “tramplin” kimi qiymətləndirib.

Gununsesi.info xəbər verir ki, o, mətbuata açıqlamasında bildirib ki, Finlandiya sərhəd yaxınlığında alyansın qabaqcıl qoşunları üçün qərargahlar yaradır, Mikkeli və İvalo şəhərlərində hərbi infrastrukturu gücləndirir.

Medvedev Helsinkini Rusiyaya qarşı təcavüz riskini artırmaqda ittiham edib və xəbərdarlıq edib ki, bu Finlandiyanın dövlətçiliyinə ciddi təhlükə yarada bilər. O, həmçinin sərhəd bölgələrində istehkamların tikildiyini qeyd edib.

Finlandiya 2023-cü ildə, İsveç isə 2024-cü ildə uzun müddət davam edən hərbi neytrallıqdan sonra NATO-ya qoşulub. Bu addımlar Rusiya ilə NATO sərhədini 1300 km-dən çoxa çıxarıb.

Putin isə əvvəlcə NATO-nun genişlənməsinin təhlükə olduğunu deməsinə baxmayaraq, Finlandiya və İsveç üzvlük üçün müraciət etdikdə, buna ciddi təhdid kimi baxmadığını bildirib.

Firuzə

Gununsesi.info