Mehriban Əliyevadan Milli Qurtuluş Günü münasibətilə paylaşım

  • By admin
  • 15 İyun 2021 10:26

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib.

Gununsesi.info-nun məlumatına görə, paylaşımda deyilir:

Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə həmişə sülh, əmin-amanlıq, sabitlik, birlik və rifah hökm sürsün! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!”

Gununsesi.info