Meşə yanğının Bülent Ersoyun villasına çatdı

  • By Günel
  • 25 İyul 2025 20:35

Antalyanın Aksu, Qazipaşa, Manavqat və Muratpaşa rayonlarında meşə yanğınları davam edir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, alov sürətlə yayılaraq yaşayış məntəqələrinə çatır. Yanğın avqustun 9-da Antalyada konsert verməli olan tanınmış sənətçi Bülent Ersoyun Kundu rayonunun Güzeloba məhəlləsində yerləşən villasına da çatıb.

Hadisə yerinə Antalya Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürənləri cəlb olunublar və yanğın söndürülüb.

Məlumata görə, villada olan Bülent Ersoy dərhal təxliyə edilib. Onun səhhətinin yaxşı olduğu bildirilir.

Gununsesi.info