Mingəçevirdə ana və 3 övladı dəm qazından zəhərləndi

  • Müəllif: Firuzə
  • 05 Fevral 2026 09:41

Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Gununsesi.info-nun məlumatına görə, hadisə bağlar yaşayış massivində baş verib. Yaşadıqları evin mətbəxində zəhərlənən bir ailənin üzvləri – 2010-cu il təvəllüdlü Yusifli Dilbazi Rəşad qızı, 2014-cü il təvəllüdlü Yusifli Nəzrin Rəşad qızı, 2015-ci il təvəllüdlü Yusifli Emin Rəşad oğlu və 1988-ci il təvəllüdlü Yusifova Nübar Aslan qızı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(Unikal)

Gununsesi.info