MMA döyüşçüsü ölü tapıldı

  • Müəllif: Orxan
  • 02 Yanvar 2025 17:05

Yeni Zelandiyadan olan MMA döyüşçüsü Hakaraiya Uilson yanvarın 1-də gecə ölü tapılıb.

Gununsesi.info xəbər verir ki, 26 yaşlı idmançının cəsədi Yeni Zelandiyanın Qisborn şəhərində aşkarlanıb.

H.Uilsonun “Rhythm and Vines” musiqi festivalına gəldiyi bildirilir.

İdmançının ölüm səbəbi dəqiqləşdirilməsə də, hüquq-mühafizə orqanları tərəfindən onun üzərində heç bir zorakılıq əlaməti tapılmayıb.

Qeyd edək ki, T.Uilson karyerasına 2020-ci ildə başlayıb. Bu müddət ərzində 4 döyüş keçirib və bunların üçündə qələbə qazanıb.

Gununsesi.info