MN: Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib

  • By admin
  • 05 Noyabr 2020 20:54

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.

Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.

 

 

Gununsesi.info