MN: “Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edilib”

  • By admin
  • 09 Noyabr 2020 15:17

Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və döyüş texnikasını məhv etməkdə davam edir.

Gununsesi.info  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Noyabrın 9-da günorta saatlarında Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə məhv edilib”, – məlumatda qeyd edilib.

 

 

Gununsesi.info