“Moskva Rusiya-İran-Azərbaycan formatında görüşün mümkün olacağına ümid edir”

“Moskva yaxın gələcəkdə üçtərəfli Rusiya-İran-Azərbaycan formatı çərçivəsində görüşün təşkilinin mümkün olacağına ümid edir”.

Gununsesi.info xəbər verir ki, bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Ümid edirik ki, yaxın gələcəkdə üçtərəfli görüşün gündəliyi və şərtləri ilə bağlı konsensusa nail olmaq mümkün olacaq. Biz də öz növbəmizdə buna öz töhfəmizi verməyə hazırıq”, – deyə diplomat bildirib.

 

Gununsesi.info