Müdafiə Nazirliyi kütləvi şəkildə rus mediasına abunə yazılır

  • By admin
  • 28 Oktyabr 2022 16:17

Müdafiə Nazirliyi gələn il üçün 34 adda qəzet və jurnal almağı planlaşdırır.

Gununsesi.info-nun xəbərinə görə, həmin siyahıda alınacaq qəzet-jurnalların yarıdan çoxunun  Rusiya mətbuatına aid olması diqqəti çəkib.

Hətta həmin media orqanları arasında Azərbaycan əleyhinə davamlı kampaniya aparan KİV-lər də var.

Bunlardan biri də  “Komsomolskaya Pravda”dır.

 

Həmin siyahını açıqlayan iqtisadçı  Allahverdi Aydın sual edir:

Azərbaycan zabit və əsgərlərinə “Komsomolskaya Pravda” oxutmaq istəyən kim(lər)dir?
Rusiya hərbi təbliğat “maşınını” açıq şəkildə Azərbaycan ordusunu içinə soxan kim(lər)dir?
Əvvəllər olsaydı, deyəcəkdiniz ki, Nəcməddin Sadıkovdur. İndi axı, Nəcməddin Sadıkov yoxdur”.

Gununsesi.info-nun məsələ ilə bağlı Müdafiə Nazirliyindən açıqlama almaq istəyi baş tutmayıb.

 

Günay 

Gununsesi.info