Müstəqillik Aktı layihəsinin müəllifi Fuad Ağayev: - Bizim sənəd digər sovet ölkələrininkindən fəqli idi

 

Bu gün Azərbaycan xalqı özünün ikinci dəfə əldə etdiyi Müstəqillik Gününü qeyd edir.

Qeyd edək ki, 31 il əvvəl bu gün   Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitutsiya aktı qəbul edildi.

Həmin aktın müəlliflərindən biri olan tanınmış hüquqşünas Fuad Ağayev Gununsesi.info-ya bu barədə danışıb.

Onun sözlərinə görə, SSR-nin keçmiş müttəfiq respublikalarından fərqli olaraq, Azərbaycanda bu məsələ sadəcə müstəqilliyin bəyan elan ediməsi ilə bitmədi:

“Konstitutsiya hüquq normalarından, yəni o zaman qüvvədə olan 1978-ci ilin Azərbaycan Konstitutsiyasından daha üstun hüququ qüvvəyə malik konsitutsiya aktı qəbul edildi və  bununla bağlı iki layihə mövcud idi. Bir layihənin müəllifi  o zaman kominist partiyasının hüquq şöbəsinin müdiri olan Şahin Əliyevin hazırladığı hökumət layihəsi və birdə Etibar Məmmədov ilə mənim hazırladığım Mili Məclisə təqdim olunmuş, Millət qəzetində dərc olunmuş iki layihə mövcud idi. İki qrup var idi , o iki qrupa Tofiq Qasımov, Hacıbaba Əzimov  və bəzi başqa şəxslər daxil idi.

Ali Sovetə bizim layihə xeyli müddət əvvəl təqdim edilmişdi , amma buna əhəmiyyət verilməmişdi. Ali Sovetdə deputat  İnqilab Nadirov bu barədə məsələ qaldırdı ki, siz Şahin Əliyevin əsas müəllifi olduğu layihəni səsverməyə çıxardırsınız, amma burda başqa bir layihə də var. O dedi ki,  mən həmin layihəyə baxmışam, çox yaxşı layihədir və xahiş edirəm bu məsələyə yenidən qayıdılsın və müzakirə edilsin.

Aktın qəbul edilməsi bir gün də  ləngidildi. Həmin axşam mən də iki qrupun tərkibində iştirak elədim.

Əlbəttə ki, mən o zamanda demişdim və indinin özündə də təkrar edirəm ki, hüquqi-siyasi baxımdan bizim layihə əlbəttə ki, daha mükəmməl idi. Lakin orada o iki layihə əsasında ortalığa müəyyən hibrit çıxdı. Hökumət layihəsinə ümumiyyətlə preambula yox idi ancaq, bizim layihədə var idi. Bizim layihədə  dövlətlərin hüquq varisliyi ilə, o cümlədən mülkiyyət varisliyi ilə, müqavilə varisliyi iləvə  başqa bir sıra ciddi məsələlərə toxunulmuşdu.

Müzakirə əsasında bir layihə ortalığa çıxdı  və onun səhərisi günü Ali Sovetdə bir daha müzakirəyə çıxarıldı və 18 oktyabr tarixində qəbul olundu”.

Fuad Ağayev deyir ki, 31 il keçməsinə baxmayaraq, o, daim həmin günləri xoş hislərlə xatırlayır:

“Ancaq  bir çoxları kimi, mənə də aydın olmur həmin 18 oktyabr tarixinin əhəmiyyəti dövlət yanaşması baxımından əvvəlkindən xeyli dərəcədə azalıb.

Əvvəl 18 Oktaybr qeyri -iş günü, idisə indi iş günüdür.

Bundan başqa unutmaq olmaz ki, həmin Milli Məclisin üzvlərinin statusu sonrakı Milli Məclisin üzvlərinin statusundan əksik tutulur. Bu tamamilə yolverilməz bir haldır. Yəni, mən ondan danışıram,ki həmin Ali Sovetin 350 nəfərlik bazası olan və normal parlamentlər kimi daim fəaliyyət göstərən Milli Məclis idi. Mən deyərdim ki, o Milli Məclisin orta səviyyəsi sonrakı dövürlərdəki Milli Məclisin orta səviyyəsindən dəfələrlə yüksək idi. Mən demirəm ki, ordakıların hamısı olduqca yüksək səviyyəli mütəxəssislər idi, xeyr, ancaq bu sözləri əksəriyyətinə aid etmək olar.

Təəssüflər olsun ki,həmin deputatların müəyyən hissəsi artıq aramızda yoxdur. Mən deyərdim ki, həmin şəxslərə münasibət onlara layiq deyil. Bu gün o şəxslər pensiya ala bilmir. Azərbaycan dövlətinə hörmət gətirmir”. 

 

Mətləb Yaqublu

Gununsesi.info