Myanmada yardım karvanına “xəbərdarlıq atəşi” atılıb

  • By Admin2
  • 02 Aprel 2025 13:15

Myanmada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 2886 nəfərə çatıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Myanmada baş verən 7,7 və 6,4 bal gücündə zəlzələlərdən sonra axtarış, xilasetmə və yardım işləri davam edərkən, Myanmadakı xunta hökuməti Çin Qızıl Xaç Cəmiyyətinə aid yardım konvoyuna xəbərdarlıq atəşi açdığını açıqlayıb.

Xunta sözçüsü Zaw Min Tun çərşənbə axşamı bildirib ki, Çin Qırmızı Xaç çərşənbə axşamı gecəsi münaqişə zonasında olması barədə səlahiyyətlilərə məlumat verməyib.

Tunun sözlərinə görə, yardım konvoyunun dayanmamasından sonra təhlükəsizlik qrupu havaya xəbərdarlıq atəşi açıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü yardım qrupunun və yardım ləvazimatlarının təhlükəsiz olduğunu bildirib və Myanmadakı bütün tərəfləri axtarış-xilasetmə işçilərinin və yardım işçilərinin təhlükəsizliyini təmin etməyə çağırıb. Sözçüsü Quo Jiakun mətbuat konfransında “Yardım səylərinin davam etməsi üçün nəqliyyat marşrutlarını açıq və maneəsiz saxlamaq lazımdır” deyib.

Orxan

Gununsesi.info