Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klnik Xəstəxanasından evə buraxılıb.
Gununsesi.info “apa.az”a istinadla xəbər verir ki, bu barədə Xalq şairinin köməkçisi Aref Mehmandost məlumat verib.
“Həftədə bir dəfə dializə olunacaq. Bundan əlavə evdə mütəmadi olaraq həkim müayinə edəcək”, – deyə köməkçisi bildirib.
Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.












