Naxçıvanda polis nəfəri vəfat etdi

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda polis əməkdaşı xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, 35 yaşlı polis nəfəri Nurlan Əlizadə göstərilən tibbi müdaxilələrə baxmayaraq, bir müddət sonra vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info