Nazarbayev Çinə qaçıb? - AÇIQLAMA

  • By admin
  • 11 Yanvar 2022 14:19

“Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin Çinə gəlişi barədə yayılan məlumat həqiqəti əks etdirmir”.

Gununsesi.info-nun məlumatına görə, bunu Çinin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyan edib.

Bundan əvvəl Nazarbayev mətbuat xidməti Qazaxıstanın keçmiş prezidentinin paytaxt Nur-Sultan şəhərində olduğunu və onun hamını prezident Tokayevin ətrafında biləşməyə çağırdığı barədə açıqlama yaymışdı.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günündən başlayıb – ölkənin qərb hissəsindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın ikiqat artmasına qarşı aksiya keçiriblər. Etirazlar sonra respublikanın ən böyük şəhəri olan Almatıya da yayılıb.Qarşıdurmalar nəticəsində ölənlər və yaralananlar olub. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək fövqəladə vəziyyət elan edib və antiterror əməliyyatına başlayıb.

Gununsesi.info