ABŞ tibbində daha bir yenilik - DONUZUN ÜRƏYİNİ İNSANA KÖÇÜRDÜLƏR

  • By admin
  • 11 Yanvar 2022 14:13

Merilend Universitetinin Tibb Mərkəzinin həkimləri yanvarın 10-da bildiriblər ki, prosedur insan bədəninin heyvan ürəyini dərhal rədd etmədiyini, yaşatdığını göstərib
ABŞ cərrahları tarixdə bir ilk olaraq, genetikası dəyişdirilmiş donuz ürəyini pasiyentə köçürüblər.

Bu əməliyyatın nəticəsinin uzun müddətə effektli olacağını demək üçün hələ tezdir. Amma Merilend Universitetinin Tibb Mərkəzinin həkimləri yanvarın 10-da bildiriblər ki, prosedur insan bədəninin heyvan ürəyini dərhal rədd etmədiyini, yaşatdığını göstərib.

Əməliyyat yanvarın 7-də, normal insan transplantına uyğun gəlməyən, ölmək üzrə olan xəstə üzərində aparılıb.

“Ya ölməli, ya da bu transplantı həyata keçirməliydim. Yaşamaq istəyirəm. Bilirəm ki, bu, qaranlığa güllə atmaqdır, amma mənim son seçimimdir”, – 57 yaşlı Deyvid Bennet əməliyyatdan öncə deyib.

Donuz ürəyi genetik baxımdan dəyişdirilib, güclü immun reaksiyası yaradacaq, orqanın rədd olunması ilə nəticələnəcək şəkəri hasil edən gen məhv edilib. Həkimlər həm də xəstəyə adi dərmanlarla yanaşı immun sistemini üstələyən, onun orqanı rədd etməsini önləyən dərman veriblər.

Donuz ürəyini təmin etmiş “Revivicor” biotexnologiya şirkəti oktyabrda Nyu Yorkda beyni ölü bir pasiyentə köçürülən donuz böyrəyini də hazır etmişdi. Bu da dünyada ilk heyvan böyrəyi transplantasiyası əməliyyatı idi.

“Alınsa, əziyyət çəkən pasiyentlər üçün bu orqanlar sonsuz şəkildə təchiz oluna bilər”, – universitetin heyvandan insana transplant proqramının elmi direktoru Məhəmməd Mühiuddin deyib.

Gununsesi.info