Nazirlikdən VPN-lə bağlı XƏBƏRDARLIQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkə ərazisində internetin verilməsinə hansısa məhdudiyyət tətbiq olunmayıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Nazirlik, həmçinin, VPN tətbiqlərindən istifadə edilməsinin kiber mühitdə vətəndaşların məlumatlarının təhlükəsizliyi üçün ciddi risklər yarada biləcəyini qeyd edib:

“Belə ki, VPN xidmətini təqdim edən tərəf istifadəçilərin məlumatlarına nəzarət edə və onları ələ keçirə bilər. Bu riskləri nəzərə alaraq, Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara VPN tətbiqlərindən istifadə etməməyi tövsiyə edir”.

Qeyd edək ki, ötən gün Azərbaycanda internetin kəsiləcəyi ilə bağlı məlumat yayılmışdı.