Milli Məclisin sabiq sədri Oqtay Əsədovun rəhbəri olduğu  Azərbaycan Tennis Federasiyasında kadr dəyişikliyi olub.  

Gununsesi.info xəbər verir ki, O.Əsədov  Sabirə Abdullayevanı federasiyanın icraçı direktoru təyin edib.

Qeyd edək ki, Sabirə Abdullayeva  “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında menecer Yalçın Manafovun köməkçisi vəzifəsində çalışıb. Yalçın Manafov isə hazırda tennis üzrə milli komandanın baş məşqçisi vəzifəsində çalışır.