“Etibarlı Kliniki Təcrübə haqqında Təlimat” təsdiqlənib.
Gununsesi.info bildirir ki, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev qərar imzalayıb.
Bu təlimat kliniki sınaqların bütün fazalarının planlaşdırılması və hesabatın tərtibinə dair tələbləri müəyyənləşdirir.
O cümlədən klinik tədqiqatın aparılması üçün tələb olunan sənədləri və Etibarlı Kliniki Təcrübənin prinsiplərini müəyyən edir.
Təlimatdakı prinsiplər həmçinin insan subyektlərinin təhlükəsizliyinə və əmin-amanlığına təsir göstərə bilən digər klinik tədqiqatlara da tətbiq oluna bilər.
Təlimat bu ilin sentyabrın 1-dən qüvvəyə minib.
Gununsesi.info












