Orta Asiya ölkələri vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırır

  • By admin
  • 28 Mart 2024 09:29

Moskva yaxınlığındakı Crocus City Hall konsert zalındakı terror aktının Orta Asiyadan olan miqrantların üzərinə atılmasından sonra Qırğızıstanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını  Rusiyaya səfərlərini təxirə salmağı və bu ölkəyə səfər edərkən həmişə bütün lazımi sənədləri özləri ilə aparmağı tövsiyə edib.

Bu barədə Gununsesi.info-nun adıçəkilən ölkənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, eyni çağırışla  Özbəkistanın hakimiyyət orqanları da çıxış edib.

 

Bu arada xarici media yazır ki, Türkmənistan paytaxtından Moskvaya uçmağa çalışan bir çox sərnişinin təyyarəyə minmələrinə icazə verilməyib.

Xatırladaq ki, bir neçə gün əvvəl kamuflyaj geyimli silahlı şəxslərin hücumu Rusiyada, xüsusən də müsəlman Orta Asiya ölkələrindən olan işçilərə qarşı anti-immiqrant əhval-ruhiyyəsinin artmasına səbəb olub. Biri Qırğızıstandan, qalanları isə Tacikistandan olmaqla, 7 şübhəlinin tutularaq, istintaq təcridxanasına yerləşdirildiyi bildirilib.

 

Afət Abbasova

Gununsesi.info