YAP bu deputatlarından imtina edir - HAKİM PARTİYA PARLAMENT SEÇKİLƏRİNƏ YENİ NAMİZƏDLƏRLƏ GEDƏCƏK

  • By admin
  • 28 Mart 2024 09:14

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının  namizədlərinin  müəyyənləşdirilməsi üçün işə başlanılıb.

Gununsesi.info-nun hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, ölkənin 125 seçki dairəsi üzrə hakim partiyanın namizədlərinin ilkin siyahısı  bu yaxınlarda elan ediləcək.

“Milli Məclisin YAP-dan olan hazırki  deputlarının bir çoxu vahid namizədlər siyahısında olmayacaq” deyən mənbəmiz onlardan bəzilərinin adını açıqlayıb: “Nizami Cəfərov, Rauf Əliyev, Oqtay Əsədov, İsa Həbibəyli, Vasif Talıbov, Ülviyyə Həmzəyeva, Eldar İbrahimov, Aydın Mirzəzadə, Aqil Məmmədov, Anar Məmmədov, Siyavuş Novruzov,Bəxtiyar Sadıqov, Tahir Rzayev və Mixail Zabelin yola salınacaq şəxslərdir. 

YAP-ın irəli sürəcəyi namizədlərin seçimində partiyanın İdarə Heyətindən daha çox hakim komandada yüksək vəzifə tutan 3-4 şəxsin təqdimatını verdiyi şəxslər əsas götürüləcək.

Məlumatda, həmçinin o da xüsusi vurğulanır ki, irəli sürülən namizədlərin seçilməsi üçün yeri icra hakimiyyəti orqanlarına hansısa saxtakarlıqlara getmək qadağan ediləcək.

“Ali siyasi rəhbərliyin mövqeyi budur ki, YAP-ın namizədləri seçkini özü qazanmalıdır”  deyə mənbəmiz vurğulayıb.

 

Elmar Elnuroğlu

Gununsesi.info