Osmanlı dövlətinin İngiltərədən gətirilən 130 illik döyüş bayrağı Ərdoğana təqdim olundu – FOTOLAR

  • By admin
  • 18 Mart 2022 20:01

1893-cü il martın 25-də Qətərdəki Osmanlı qalasına köməyə gedən minbaşı (mayor) Yusuf bəyin komandanlığındakı Osmanlı qoşunlarına aid döyüş bayrağı İngiltərədə keçirilən hərracda mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoyun dəstəyi ilə alınaraq Türkiyəyə gətirilib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Tarixi döyüş bayrağı 18 mart Çanaqqala zəfərinin ildönümü münasibətilə təşkil olunan tədbirdə nazir M.N.Ərsoy tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim olunub.

Türkiyə lideri döyüş bayrağını təhvil alaraq milli müdafiə naziri Hulusi Akara təhvil verib.