Ötən il 29 qadın doğuş zamanı ölüb

  • Müəllif: Firuzə
  • 18 Avqust 2025 13:04

2024-cü ildə 29 qadın doğuş zamanı ölüb.

Gununsesi.info xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi “Azərbaycanda uşaqlar” məcmuəsində qeyd olunub.

2023-cü ildə isə bu say 33 nəfər təşkil edib.

Ötən il 1319 körpə isə perinatal dövrdə ölüb. Onlardan 549-u ölü doğulub, 770 nəfər isə 7 günədək sağ qalıb.

Gununsesi.info