Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binası açılacaq, Azərbaycan parkı tikiləcək
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.
“Müttəfiqliyimiz iki qardaş xalqın çoxəsrlik ümumi tarixinə və mədəni dəyərlərinin yaxınlığına əsaslanır. Bizim borcumuz bu zəngin irsi diqqətlə qorumaq və daha da zənginləşdirmək, qarşılıqlı mədəniyyət günlərini mütəmadi olaraq və lazımi səviyyədə keçirməkdir. Üstəlik, belə tədbirlər yalnız paytaxtlarda deyil, ölkələrimizin regionlarında da təşkil edilməlidir.
Bu gün birlikdə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasını açacaq və Yeni Daşkənddə Azərbaycan parkının tikintisinə start verəcəyik. Xalqlarımızın daha da yaxınlaşması məqsədilə İlham Heydaroviçlə dar tərkibdə müzakirə etdik və “Nizami Gəncəvi ilə Əlişir Nəvai arasında ədəbi körpü” adlı birgə filmin çəkilməsini təklif edirik. Bu, xalqlarımızın, xüsusilə də gənclərin yaxınlaşması üçün çox yaxşı nümunə olacaq.
Bu, başlanğıc kimi qəbul edilməlidir. Xalqlarımızın tarixi və yaxınlaşması haqqında belə filmlərdən ibarət silsilə yaratmalıyıq. Bu ilin payızında Azərbaycanda iki ölkənin aparıcı ali məktəblərinin rektorlarının ikinci forumunun keçirilməsini dəstəkləyirik.”, – deyə Şavkat Mirziyoyev qeyd edib.












