Pakistan BMT çərçivəsində Ermənistanı tanımağı planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS diplomatik mənbələrə istinadən məlumat yayıb.
Xatırladaq ki, 31 avqustda Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Pakistanın XİN rəhbəri İshaq Dar görüş keçirib. Görüşün yekununda iki ölkə diplomatik münasibətlərin qurulması barədə kommünike imzalayıb.
Qeyd edək ki, müstəqillik əldə etdikdən sonra Ermənistanın Pakistanla diplomatik əlaqələri olmayıb.









