Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb

  • Müəllif: Firuzə
  • 01 Sentyabr 2025 17:45

Pakistan Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü blok edib.

Gununsesi.info  APA-ya istinadən xəbər verir ki, Pakistan Hindistanın Azərbaycanla bağlı hərəkətinə cavab olaraq belə bir addım atıb.

Qeyd edək ki, bu günlərdə Pakistanla Ermənistanın xarici işlər nazirləri arasında ilk telefon danışığı baş tutub, tərəflər diplomatik münasibətlərin qurulması barədə razılığa gəliblər.

Onu da xatırladaq ki, Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb. Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb.

 

Gununsesi.info