Pakistan HHQ-nin bazasına hücum edilib

Pakistanın mərkəzi hissəsində ölkənin Hərbi Hava Qüvvələrinin “Mianvali” bazasına hücuma cəhd edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “The Dawn” qəzeti yayıb.

“Şənbə günü səhər saatlarında Pakistan Hərbi Hava Qüvvələrinin təlim bazası terror hücumuna məruz qalıb. Silahlı Qvvələrin cavabı sayəsində hücumun qarşısı alınıb və personalın təhlükəsizliyi təmin edilib”, – deyə Pakistan xüsusi xidmət orqanlarının yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, 3 hücumçu məhv edilib, daha 3-ü isə saxlanılıb. Eyni zamanda, hücum zamanı 3 təyyarə və yanacaq çəninə ziyan dəyib.

Hücuma görə məsuliyyəti “Tehrik-i-cihad Pakistan” qruplaşmasının döyüşçüləri öz üzərinə götürüb.

 

Gununsesi.info