Masalıda meşədə 1520 ədəd xaş-xaş kolu məhv edildi

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Dəmbəlov kəndi ərazisindəki meşə zolağında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ümumi çəkisi 349 kiloqram olan 1520 ədəd xaş-xaş kolu məhv edilib.

Gununsesi.info