Pakistanda bombalı hücum: - 11 ölü, 6 yaralı

  • By Admin2
  • 15 Fevral 2025 16:40

Pakistanın Bəlucistan əyalətindən kömür mədənçilərini daşıyan avtomobilin keçdiyi zaman yola qoyulmuş partlayıcının işə düşməsi nəticəsində azı 11 nəfər ölüb, 6 nəfər yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin Harnai şəhərində əvvəllər yola qoyulmuş partlayıcı qurğu 17 kömür mədənçisini daşıyan avtomobilin keçdiyi zaman işə salınıb.

Əraziyə sağlamlıq və polis qrupları sövq edilib. Səlahiyyətlilər 11 nəfərin həyatını itirdiyini, 6 nəfərin yaralandığını açıqlayıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

İran və Əfqanıstanla həmsərhəd olan minerallarla zəngin Bəlucistan separatçı etnik bəluc qruplarının üsyan səhnəsidir.

Orxan Saffari

Gununsesi.info