“Palmali”nin daha bir gəmisi şəhid leytenantın adını daşıyacaq - VİDEO+FOTOLAR

  • By admin
  • 11 Aprel 2023 12:44

“Palmali Holding”in donanmasına daha bir Vətən müharibəsi şəhidi Vüsal Məhərrəmovun adını daşıyan gəmi daxil olub.

Vüsal Məhərrəmov adını daşıyan gəmi artıq dünya sularına yola salınıb.

Gununsesi.info-nun xəbərinə görə, Vüsal Aslan oğlu Məhərrəmov 10 dekabr 1979-cu ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub.

Leytenant Vüsal Məhərrəmov Vətən müharibəsində Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 6 noyabr 2020-ci ildə Daşaltıda ətrafında Şuşa uğrunda gedən döyüşlərdə yaralı yoldaşlarını ön xətdən çıxaran igid leytenantımız dördüncü əsgəri xilas etməyə çalışan zaman düşmən gülləsinə tuş gəlib.

Şəhid leytenant Vüsal Məhərrəmov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. O, eyni zamanda “Vətən uğrunda” medalına da layiq görülüb.

 

Şəbnəm

Gununsesi.info