Parlamentin ilk iclası bu tarixdə keçiriləcək

  • By admin
  • 16 Yanvar 2023 09:54

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

Gununsesi.info xəbər verir ki, parlamentin yaz sessiyasının ilk plenar iclası qanunvericiliyə uyğun olaraq fevralın 1-də keçiriləcək.

Toplantıda qanunverici orqanın yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, plenar iclasın gündəliyi hələ müəyyənləşməyib.

Gununsesi.info