Partlayışdan 4 gün sonra öldü

  • By Günel
  • 07 Dekabr 2024 22:08

Dekabrın 3-də Sumqayıtda baş verən partlayış zamanı xəsarət alanlardan biri bu gün ölüb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alan 1977-ci il təvəllüdlü Ramin Əliyev ölüb.

2007-ci il təvəllüdül Ayxan Əliyev və 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

Qeyd edək ki, yaralılar Bakıda xəstəxanlardan birində müalicə alırdılar və dünən Sumqayıt xəstəxanasına köçürülmüşdülər.

Gununsesi.info