Paşinyan məzuniyyətə çıxdı

  • Müəllif: Firuzə
  • 12 Avqust 2025 10:25

“Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan avqustun 12-dən avqustun 15-dək məzuniyyətdə olacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan Respublikasının baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan öz Facebook səhifəsində yazıb.

Qeyd edək ki, iyulun 28-də Bağdasaryan baş nazirin iyulun 28-dən avqustun 15-i daxil olmaqla məzuniyyətdə olacağını açıqlamışdı.

Gununsesi.info