Paşinyan Qazaxıstana dövlət səfərinə gedir

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstana dövlət səfəri edəcək.

Gununsesi.info xəbər verir ki, səfər noyabrın 20-21-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti əsasında reallaşacaq.

 

Bildirilir ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Qazaxıstan və Ermənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.