Paşinyanın kortejində qəza - 1 ölü, 2 yaralı

  • By Admin2
  • 11 Aprel 2026 11:33

Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəzaya düşüb.

Gununsesi.info ”Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə Kuçak-Aparan avtomobil yolunda baş verib.

“Honda” markalı avtobus “Nissan” minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 1 nəfər ölüb, daha 12 nəfər isə yaralanıb.

Gununsesi.info