“Paşinyanın Qarabağla bağlı fikirləri münaqişənin nizamlanmasına maneə törədir” - LAVROV

  • By admin
  • 23 Sentyabr 2020 14:09

“Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir”.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşdə deyib.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir: “Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

 

Gununsesi.info