Pentaqon: “10 min amerikalı hələ də Kabildədir”

  • By admin
  • 18 Avqust 2021 11:22

Əfqanıstanın paytaxtı Kabil yaxınlığında hələ də 5 000-10 000 arası amerikalının olduğunu təxmin edilir.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi CNN-ə verdiyi müsahibədə açıqlayıb:

“Orada minlərlə amerikalının olduğunu düşünürük. Dəqiq bir rəqəm deyə bilmərik. Ən yaxşı təxmin 5 000-10 000 arasındadır”.

Kirbi həmçinin bildirib ki, Dövlət Departamenti amerikalılara növbəyə durub hava limanına necə getməyi məsləhət görən mesaj ünvanlayıb.