Ruslar Qarabağda döyüş hazırlığına BAŞLADILAR

  • By admin
  • 18 Avqust 2021 11:24

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları kontingenti bölgədə döyüş hazırlığı təlimlərinə başlayıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin bugünkü məlumatında bildirilib.

Rusiya sülhməramlı kontingentinin hərbçiləri təlimlər zamanı Qarabağdakı müşahidə məntəqələrində təhlükəsizlik tapşırıqlarını yerinə yetiriblər. Bu təlimlərə müşahidə məntəqəsinə mümkün hücumun qarşısını almaq kimi vəzifələr də daxil edilib.

Rusiya sülhməramlı kontingentinin hərbçisi İvan Zolotarev təlimlər barədə danışarkən “biz hardayıqsa, orda sülh var!” deyə qürrələnib.

O, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin tərkibində xüsusi tapşırıqların yerinə yetirilməsi üçün yaradılan şərait, sosial təminat səviyyəsi, təşkil olunmuş istirahət və idman qurğuları barədə də məlumat verib və bunların yüksək səviyyətə olduğunu vurğulayıb.

Bildirib ki, Rusiya sülhməramlı kontingentinin bütün müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətraf ərazini hərtərəfli müşahidə etmək üçün nəzərdə tutulmuş xüsusi istehkamlarla təchiz edilib.

Xatırladaq ki, Rusiya, Ermənistan və Azərbaycan döv başçılarının 10 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Qarabağa 1960 hərbi qulluqçu, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika daxil olmaqla Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.