Peyvənd vurulan körpə şoka düşərək öldü

  • Müəllif: Firuzə
  • 23 Fevral 2026 10:14

Goranboyda peyvənd vurulan körpə ölüb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Ballıqaya kəndində baş verib.

Belə ki, kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub.

O, iynənin təsirindən şoka düşərək vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info