PISA nəticələri təhsildəki fərqləri ortaya qoyur – Etibar Əliyev

  • Müəllif: Şəbnəm
  • 09 Sentyabr 2026 11:41

Sabiq deputat və təhsil eksperti Etibar Əliyev PISA nəticələrinə əsasən Almaniyanın təhsilindəki vəziyyətə diqqət çəkib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

O, ölkənin təhsil göstəricilərini nümunə gətirərək, Azərbaycanda vəziyyətin necə olduğuna toxunub.

“PISA 2018-də sosial-iqtisadi cəhətdən üstün şagirdlər oxuma-anlamada imkansız təbəqənin şagirdlərini 89 bal üstələyiblər. Doqquz il əvvəl, PISA 2009-da sosial-iqtisadi vəziyyətlə bağlı bu fərq 87 bal olub.

PİSA -2009- da Almaniya 15 yaşlı uşaqların oxu üzrə kompetensiyasına görə irəlidə olan ölkələrdən 45-60 punkt geridə qalıb. Bu iki məktəb ilinin fərqi qədərdir. Riyaziyyatda da vəziyyət oxşardır: 40-45 punkt geriləmə var. Bu isə 1,5 tədris ili geriləmə deməkdir. Alman iqtisadçısı Tino Sarrasin yazır: “Şanxayda doğulmuş, Leverküzendə 14 min əməkdaşın çalışdığı Lanxess AG konserninin rəhbəri Lyu geriləmənin səbəblərini belə izah edir. Onun uşaqları Almaniyada ən yaxşı gimnasiyalardan birində təhsil alır. Bacısının həmyaşıd uşaqları isə Şanxayda oxuyurlar. Bu uşaqlar arasında riyaziyyat və təbiət elmlərinin mənimsənilməsinə qoyulan tələb kəskin fərqlənir. Bu fərqləri görəndə o, Almaniyanın gələcək taleyi barədə dəhşətə gəlir. Tədbirlərin birində o mənə dedi ki, 6 həftəlik tətildə onun uşaqlarına ev tapşırıqları verilmir. Bacısının uşaqları isə 40 günlük tətildə ev tapşırıqları ilə məşğul olurlar.” Yaxşı nümunədir…

Almaniya iqtisadi cəhətdən geridə qalan ölkədir? Yoxsa vətəndaşları kasıbdır? PİSA testləri onu deməyə əsas verir ki, 25 punkt geriləmə təxminən 1 tədris ilinin bilikləri qədər geriləmədir. Bəs biz neçə tədris ili irəlidəyik?”

 

 

Günay

Gununsesi.info