
“Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin müşaviri Mihail Podolyak bildirib ki, Kiyev hakimiyyəti 30 günlük atəşkəs zamanı hərbi vəziyyəti ləğv etməyəcək və prezident seçkilərini keçirməyəcək, çünki bu mümkün deyil”.
Gununsesi.info xəbər verir ki, bu barədə o, qəzetə verdiyi müsahibədə bildirib.
“Vəziyyət proqnozlaşdırıla bilməz. Hərbi vəziyyəti ləğv etmək və təhlükəsizlik təminatı prosedurlarını qısa müddət ərzində həyata keçirmək mümkün deyil. Biz döyüşə davam etmək qabiliyyətimizi saxlamalıyıq”, — deyə o qeyd edib.
O, həmçinin bildirib ki, hətta atəşkəs 30 gün müddətinə elan edilsə də, prezident seçkilərini keçirmək mümkün olmayacaq.
“Seçkiləri yalnız uzunmüddətli atəşkəs əldə edildikdə və neytral müşahidəçilər tərəfindən təmin edildikdə keçirə bilərik”, — deyə o əlavə edib.
Şəbnəm