Prezident İİB Qrupunun sədrinə “Dostluq” ordenini təqdim etdi - Fotolar

  • By Admin2
  • 18 İyun 2026 13:29

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə “Dostluq” ordenini təqdim edib.

Gununsesi.info xəbər verir ki, Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir ölkəmizlə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ordenlə təltif olunub.