Prezidentlərin dostluq münasibətləri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının əsasını təşkil edir” - SAHİBƏ QAFAROVA

  • By admin
  • 22 Sentyabr 2020 19:49

“Əminəm ki, bugünkü görüş, ümumilikdə səfərimiz Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcək”.

Gununsesi.info-nun verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyib.

“Azərbaycanla Rusiya arasında hazırkı mövcud münasibətlər sözsüz ki, iki ölkənin dövlət başçılarının apardıqları aktiv siyasi dialoqun nəticəsində olub. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasındakı dostluq münasibətləri iki ölkə arasındakı strateji tərəfdaşlığın əsasını təşkil edir”, – deyə Milli Məclisin Sədri vurğulayıb.

 

 

Gununsesi.info