Prokurorluq Qurban Məmmədovla bağlı araşdırmaya başladı

  • Müəllif: admin
  • 07 Sentyabr 2020 12:08

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bir müddətdir xaricə sığınan, Azərbaycan hökuməti sərt ifadələrlə tənqid edən Qurban Məmmədov barəsində araşdırmaya başlanılıb.

Gununsesi.info xəbər verir ki, idarədə Q.Məmmədova aid olan torpaq sahələri, yaşayış evləri və mənzilləri hansı yolla əldə etdiyi araşdırılır.

Qeyd edək ki, Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsiylə mənzillərin verildiyi iddia olunur.

Gununsesi.info