Pskov vilayətinin Velikiye Luki şəhərindəki neft anbarında yanğın baş verib.
Gununsesi.info xarici mediaya istinadən məlumat verir ki, Vilayət qubernatoru Mixail Vedernikov yanğın barədə özünün “Max” messenger kanalında məlumat verib.
O, yanğının Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində baş verdiyini dəqiqləşdirib.
Bəyanatda deyilir: “Neft məhsulları saxlama çənlərindən biri yanır”.
Hadisə yerinə bütün təcili yardım xidmətləri gəlib. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Hadisə ilə əlaqədar olaraq, Vedernikov Pskov vilayətinin sakinlərini panikaya düşməməyə və etibarlı mənbələr tərəfindən dərc olunan məlumatları izləməyə çağırdı.
Maqsud












