Putin Avropanın taleyini Ərdoğanla razılaşdırdı

  • By admin
  • 14 Oktyabr 2022 10:53

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Astana görüşündə ən mühüm məqamlardan biri Avropanın təbii qazla təchizatı məsələsi idi.

Gununsesi.info xəbər verir ki, Rusiya Avropaya qaz ixracını həyata keçirmək üçün Türkiyədə mərkəz qurulmasını istəyir.

Rusiya qazı Türkiyədəki mərkəzdə toplandıqdan sonra “Türk axını” ilə Avropa bazarına çıxarılması planlaşdırılır.

“Şimal axını” kəmərlərinə hücumlardan sonra Rusiya qazının Avropaya çıxarılmasında problemlər yaranıb.

Putin bildirib ki, Rusiya Avropanın enerji təchizatına hazırdır: “Heç bir məhdudiyyət qoymuruq, payız və qış fəslində ixracı davam etdirə bilərik. “Türk axını” boru kəməri “Şimal axını 1” və “Şimal axını 2” kəmərlərinin daşıma yükünü həyata keçirə bilər. Bu baxımdan, Avropanın yanacaq və təbii qaz təczihatını Türkiyə üzərindən həyata keçirə bilərik. Bu məqsədlə Türkiyədə təbii qaz mərkəzi yaradıla bilər”.

Türkiyə enerji və təbii sərvətlər naziri Fatih Dönmez belə bir mərkəzin yaradılmasının texniki baxımdan mümkün ola biləcəyini deyib.

“Qazprom”un sədri Aleksey Miller də mərkəzin Avropa İttifaqı və Türkiyə sərhədində yaradılmasının planlaşdırıldığını açıqlayıb.

Putin və Ərdoğan bu məsələni Astanada müzakirə edib və ilkin razılaşmanın əldə olunduğuna dair məlumatlar var.

Bu plan Rusiyanın Avropanın enerji bazarındakı rolunu qorumğa hesablanıb. Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Rusiyaya sanksiyaların tətbiq edilməsi, daha sonra “Şimal axını” kəmərlərində problemlərin yaranması rus qazının bazara çıxışını məhdudlaşdırıb və bundan ən çox əziyyət çəkən Avropadır. Hesablamalara görə, başda Almaniya olmaqla Avropa ölkələri qaz ehtiyacını ödəmək üçün Rusiya ilə razılaşmağa məcbur ola bilərlər.

Gununsesi.info