Putin Ukraynada atəşkəs ELAN ETDİ 

  • By admin
  • 05 Yanvar 2023 19:24

Rusiya Prezidenti Vladimir Putin Ukraynada bütün cəbhəboyu atəşkəsi elan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib.

Atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.

Gununsesi.info