Şəmkirdəki partlayışın təfərrüatları

  • By admin
  • 05 Yanvar 2023 19:54

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən partlayışın təfərrüatları açıqlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Publika.az-ın Qərb bürosuna bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisənin Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus “VAZ 2107” markalı avtomobildə olan zaman B.Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub.

Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər təfərrüatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gununsesi.info