Putinin xərçəng olması xəbəri yayıldı – Kremldən AÇIQLAMA

  • By admin
  • 01 Aprel 2022 15:15

Rusiya prezidenti Vladimir Putinin qalxanabənzər vəzi xərçənginə tutulması və onkoloji xəstəliklərlə bağlı əməliyyatlar keçirməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Gununsesi.info  bildirir ki, bir sıra KİV-lərdə yer alan müvafiq xəbərləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov təkzib edib.

Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, bu cür açıqlamalar “uydurma və yalandır”.

“Exo Moskvı”nın keçmiş baş redaktoru Aleksey Venediktovun öz Telegram kanalında “Vladimir Putinin xərçəng olmadığını düzgün başa düşürəmmi?” sualına Peskov belə cavab verib: “Doğrudur”.

Gununsesi.info