Qətərdə hərbi helikopter qəzaya uğradı

  • Müəllif: Firuzə
  • 22 Mart 2026 10:12

Qətər Silahlı Qüvvələrinə məxsus hərbi helikopter qəzaya uğrayaraq əmirliyin sahilləri yaxınlığında dənizə düşüb.

Gununsesi.info  xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, qəzanın səbəbi texniki nasazlıq olub.

“Hərbi helikopter planlı tapşırığı yerinə yetirərkən qəzaya uğrayaraq Qətərin ərazi sularına düşüb. Hadisəyə texniki nasazlıq səbəb olub”, – deyə rəsmi bəyanatda bildirilib.

Qeyd olunub ki, hazırda ekipaj üzvlərinin və helikopterdə olan digər şəxslərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Gununsesi.info