Türkiyənin “Qalatasaray” komandası Macarıstan millisinin üzvü Roland Şallai ilə anlaşıb.
Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb.
Bu transfer “sarı-qırmızılar”a 6 milyon avroya başa gəlib.
Qeyd edək ki, Şallai son olaraq 2018-2024-cü illərdə Almaniyanın “Frayburq” klubunda çıxış edib.
Gununsesi.info